Bu ada dövləti nüvə hücumuna hazırlaşır

12 Avqust 2017 15:53 (UTC+04:00)

Quam adasının sakinlərinə nüvə hücumu zamanı fəaliyyət qaydaları öyrədilir

Quam adasının administrasiyası KXDR tərəfindən potensial nüvə hücumu zamanı əhali üçün təlimatlar kitabçası hazırlayıb. Interfax informasiya agentliyi xəbər verir ki, Quam qubernatorunun daxili təhlükəsizlik üzrə müşaviri Corc Çarfauros adada yerləşdirilən raket-əleyhinə THAAD komplekslərinin Şimali Koreyanın raket zərbələrinin effektivliyini praktiki olaraq sıfıra endirdiyini bildirib.

Quam hökumətinin adanın Şimali Koreyanın nüvə təhlükəsindən etibarlı şəkildə qorunması iddialarına baxmayaraq, təlimat kitabçasında deyilir: “Parıltıya və şara bənzər alova baxmayın – onlar sizi kor edə bilər. Sizi qoruya biləcək maneələrin arxasında gizlənin. Radioaktiv maddələrin yayılmasının qarşısını almaq üçün paltarınızı çıxarın. Üst geyimin çıxarılması sizi radioaktiv materialların 90 faizindən azad edəcək”.