“İnter” iştirak ərizəsini təqdim edib

12 Avqust 2017 11:49 (UTC+04:00)

“İnter” yeni mövsüm üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. SİA-nın məlumatına görə, paytaxt klubu siyahıya 20 futbolçunun adını daxil edib. Bu oyunçulardan 2-si qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 2-si isə hücumçudur.

“İnter” Albaniyanın “Kukesi” klubuna transfer olan Rauf Əliyevin adını iştirak ərizəsinə daxil etməyib.