Türkiyədə qarşıdurmada 3 əsgər yaralandı

12 Avqust 2017 10:15 (UTC+04:00)

Türkiyənin Trabzon vilayətinin Maçka rayonunda PKK terror təşkilatının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. SİA-nın Türkiyə mətbuatına istnadən verdiyi məlumata görə, qarşıdurma zamanı üç əsgər yaralanıb. Yaralılar helikopterlərlə Farabi Xəstəxanasına çatdırılıblar.

Qarşıdurma ərazisinə xüsusi təyinatlı dəstələr cəlb edilib.