PAOK klubunun yeni baş məşqçisi müəyyənləşib

12 Avqust 2017 09:43 (UTC+04:00)

Yunanıstanın PAOK klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, bu vəzifəyə Mirça Luçeskunun oğlu Razvan Luçesku təyin edilib. Onunla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Luçesku baş məşqçi karyerası ərzində Rumıniya millisi, "Brasov", "Rapid", "El-Jaiş", "Petrolul Ploiesti" və "Xanthi" klublarını çalışdırıb.