Çində zəlzələ 24 ölü

12 Avqust 2017 01:25 (UTC+04:00)

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə, yaralananların sayı isə 493 nəfərə çatıb.

Xilasedicilər axtarış-xilasetmə işlərini indiyədək davam etdirirlər. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində fəal iş aparılır.