Misirdə qatar qəzası 36 ölü

12 Avqust 2017 00:13 (UTC+04:00)

Misirin şimalında iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36-ya çatıb, onlarla insan yaralanıb. Ölkənin səhiyyə ocaqlarından daxil olan məlumatlar həlak olanların sayının artacağı ehtimalını yaradır.

Qəza Qahirədən gələn sərnişin qatarının nasazlığa görə dayanan Port-Səid–İsgəndəriyyə qatarına çırpılması nəticəsində baş verib.