“Soyuq ürək” tamaşası ekranlarda

12 Avqust 2017 13:44 (UTC+04:00)

Bakıda ilk dəfə noyabrın 12-də Heydər Əliyev Sarayında “Walt Disney” şirkətinin məşhur cizgi filminin motivləri əsasında “Soyuq ürək” tamaşası nümayiş etdiriləcək. Tədbirin təşkilatçıları SİA-ya bildiriblər ki, tamaşa “Made in Odessa” (Ukrayna) prodüser mərkəzinin teatrının aktyorları tərəfindən təqdim olunacaq. Tamaşaçılar müxtəlif oyun və əyləncələrə qatılacaq, nağıl qəhrəmanları ilə birlikdə tapmacaları açacaq, onlara çətin vəziyyətlərdən çıxmaqda kömək edəcəklər.

Daha sonra uşaqları yeni il macəralarının bütün qəhrəmanları ilə fotosessiya gözləyir. Şouda otuzdan çox aktyor iştirak edəcək, cizgi filminin birinci hissəsinə düşməyən hadisələr də göstəriləcək.