Gənclər üçün film festivalı təşkil ediləcək

12 Avqust 2017 10:14 (UTC+04:00)

Avqustun 15-də Bakıda gənclər üçün film festivalı təşkil ediləcək. SİA-nın məlumatına görə, “Caspian Business Center”də gerçəkləşəcək festival hər həftənin çərşənbə axşamı fərqli iştirakçılarla kinosevərlərin zövqünü oxşayacaq. 25 yaşadək olan iştirakçıların qatıla biləcəyi təlimlərdə kinematoqrafiya, müsahibə bacarıqları və film haqqında digər təməl biliklər öyrədiləcək.

Qeydiyyat və təlimlərdə iştirak ödənişsizdir.