Bakıda “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək

12 Avqust 2017 09:48 (UTC+04:00)

Sentyabrın 29-dan oktyabrın 8-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək. Şou təşkilatçıları SİA-ya bildiriblər ki, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir.

Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan artistlər çıxış edəcəklər.
Proqramda Cənubi amerikalı motokaskadyorların çıxışlarına xüsusi yer ayrılıb.