Əli Kərimli - müxalifətin Ostap Benderi SİYASİ RAKURS

11 Avqust 2017 17:45 (UTC+04:00)

Yaxud “Velikiy Maxinator”un kirli maxinasiyaları – faktlar, dəlillər, sübutlar!

Əli Kərimli barədə cəbhəçi, AXCP-nin Sabirabad şöbəsinin fəallarından sayılan Paşa Umudovun ortaya çıxardığı faktların ardınca, bird aha bəlli oldu ki, cəbhə sədri məhz “AXCP brendi” adı altında maliyyə maxinasiyaları ilə məşğul olan dələduzdan başqa heç kim deyil. Onu da qeyd edək ki, Ə.Kərimlinin ifşaları çoxaldıqca, onun sosial şəbəkədəki zombi dəstəsi daha da aqressivləşir, bu isə belə qənaətə gəlməyə zəmin yaradır ki, ortaya çıxan hər bir fakt dəqiqdir, Kərimli isə bu faktlar qarşısında aciz qalıb. Bu baxımdan, daxilindəki aqressiyasını gizlədə bilmir.

Necə deyərlər, “biz mehriban ailəyik…”

Lakin elə də uzağa getməyərək, biz AXCP sədri barədə daha bir faktı araşdıra bilərik. Məsələn, dəlil və sübutlardan biri də budur ki, Ə.Kərimli indiyə qədər əldə etdiyi qanunsuz vəsaitləri saxta yollarla əldə edib. Misal üçün bir müddət öncə bəlli olmuşdu ki, Ə.Kərimlinin, onun oğlu Türkel Kərimlinin, əmisi oğlu Tofiq Kərimlinin, qaynı Elnur Seyidovun, baldızı Aytən Rafik qızı Seyidovanın və Kərimlilər ailəsinin digər üzvlərinin adları uzun müddət bank maxinasiyalarında hallanıb. Necə deyərlər, “biz mehriban ailəyik”…

Bu bank materiallarının təhlili isə ortaya həddən artıq arzuedilməz mənzərə çıxarır. Məlum olur ki, Ə.Kərimlinin özü və qohumları 2012-ci il, oktyabrın 30-dan 2013-cü il, iyunun 13-dək olan müddətdə banklardan fantastik görünən məbləğdə - 8 milyon 603 min 364 manat pul çıxarıblar, özü də nağdlaşdırılmış şəkildə! Belə ki, Kərimlilər və Seyidovlar banklardan praktiki olaraq 2 il ərzində müntəzəm olaraq nəhəng məbləğlərdə pul çıxarıb, iriməbləğli maliyyə əməliyyatları aparıb, böyük həcmdə pul kütləsini qəbul edib və ya iri məbləğlərdə vəsaiti harasa göndəriblər. Və spz yox ki, burada istər-istəməz Ə.Kərimlinin cavab verməyə sadəcə olaraq borclu olduğusuallar əmələ gəlir. Bu pullar haradandır? Onların mənşəyi haradandır? AXCP sədri banklardan bu qədər pulu nağd şəkildə çıxarmağa necə nail olub? Çıxarılmış nağdlaşdırılaraq çıxarılmış maddi vəsaitlər hara xərclənib? Əslində, burada siyasi korrupsiyanın olması göz önündədir.

İlk növbədə sıravi cəbhəçilərin maaşlarını verməyən, eləcə də üzvlük haqları toplayaraq onların ailələrinin boğazlarından kəsən Kərimli üstəlik, əldə etdiyi maddiyyatı heç də partiyasına xərcləmir. Uzağı onun tələsinə tuş gələrək həbs edilmiş insanların ailələrinə 300 manat ödəməklə, işini bitmiş hesab edir. Halbuki, P.Umudovun da dediyi kimi, Ə.Kərimli və bir neçə nəfər ətrafı istisna olmaqla, partiya fəalları yazıq durumdadırlar, təşkilatın yerli strukturları adları olub, özləri yox səviyyəsindədir, üstəlik, partiyanın mətbu orqanı olan "Azadlıq" qəzetinin nəşri uzun müddət Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) pulları hesabına həyata keçirilirdi və sonda Kərimli bu borcları da ödəməyərək, onun bağlanmasına səbəb oldu. Əbəs yerə deyil ki, bu gün adıçəkilən fəaliyyətsiz qəzetin baş redkatoru Qənimət Zahid Ə.Kərimlini satqın və xəyanətkar adlandırır, onu müxalifətin 1 nömrəli düşməni hesab edir!

4 milyon 680 min manat nağd pul!

O cümlədən, ortada olan faktlardan biri də budur ki, Ə.Kərimli 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib, yəni parlamentin deputatı olub və sonra işsiz qalıb. Başqa tərəfdən, bizneslə məşğul olmadığını da deyir. Eləcə də iddia edirlər ki, heç vaxt beynəlxalq fond və təşkilatlardan qrant almayıblar(?!) Yaxşı, bəs bu qədər maliyyə vəsaiti Ə.Kərimliyə hansı mənbələrdən gəlir? Hələ 2012-ci il, martın 27-də Ə.Kərimlinin qaynı Elnur Seyidovu həbs edilərkən, bu sualların qisminə cavablar tapılmışdı. Belə ki, E.Seyidov keçmiş "Texnikabank"da yüksək post tuturdu. O, ta həbs olunduğu günə qədər bu bankın ən böyük filialı sayılan Yasamal filialının rəis müavini vəzifəsini daşıyırdı. E.Seyidov 2011-ci il, yanvarın 28-dən 2012-ci il, fevralın 24-dək banklardan 4 milyon 680 min manat nağd pul çıxarmışdı.

Lakin bunlar da hələ hamısı deyil. Ə.Kərimlinin hələ heç bir yerdə işləməyən və gəlir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli 20 gün ərzində - 2011-ci il, sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində "Texnikabank"da 75 min (!!!) funt-sterlinq məbləğində maliyyə əməliyyatı aparmışdı.

İndi Sabirabad cəbhəçisi P.Umudov öz etirazlarını bildirərkən, Ə.Kərimlinin ailəsinin Britaniyada kök salıb kef çəkdiklərini deyərkən, bilməlidir ki, onun az qala “etiqad” etdiyi “lideri” əslində dələduzdan da artıq bir fərddir ki, belələrinə məşhur 12 stul filmindəki OSTAB BENDER - “VELİKİY MAXİNATOR” deyirlər.

O, özünü müxalifətin prezidenti kimi hiss edir?

Daha bir fakt! Bank sənədlərindən də göründüyü kimi, Ə.Kərimlinin baldızı Aytən Rafik Seyidova da çox zəngin adamdır. A.Seyidova 2005-ci il parlament seçkilərindən dərhal sonra qəfildən, tamamilə gözlənilməz şəkildə haradansa 500 min avro pul tapır və nəhəng məbləği ifadə edən həmin əskinasları "Texnikabank"ın Yasamal filialında banka qoyur. Bir neçə aydan sonra onun hesabına daha bir tranş daxil olur. Bu dəfə nisbətən az - "cəmisi" 31 min manat. Belə təsəvvür yaranırdı ki, keçmiş "Texnikabank" “aparıcı müxalifət partiyası liderinin” praktiki olaraq ailə podratına götürdüyü maliyyə təsisatı imiş...

Bu arada Ə.Kərimlinin müavini olmuş, hazırda alternative AXCP yaradaraq bu partiyaya sədrlik edən Razu Nurullayevin də açıqlaması maraqdoğurucudur. Hölə 2015-ci ildə Nurullayev deyirdi ki, Ə.Kərimli müxalifətdə məmur həyat tərzi yaşayır, hətta özünü müxalifətin prezidenti hesab edir. R.Nurullayev deyib ki, müxalifətin prezidenti olmaq, müxalifətdə qalmaq və birinci olmaq Əli Kərimliyə sərf edir:

“Onun həyatı normaldır, əgər bu gün bəzi Azərbaycan məmurlarının övladları xaricdə ən gözəl universitetlərdə təhsil alırlarsa, Əli Kərimlinin də övladları xaricdə təhsil alırlar. Nəyə görə deyirsiniz ki, o məşəqqətli həyat yaşayır? Bəli, ofisi yoxdur, amma bəlkə də bu özü də elə oyunun bir hissəsidi…”

Beləliklə, hər şey tam çılpaqlığı ilə aydındır. Müxalifətin Ostap Benderi, yaxud da “Veliki maxinatoru” heç ona ünvanlanmıç iradlı sualları, ittihamları cavablandırmasa da olar. Nə qədər də olmasa, o əlahəzrət məhkəmə qarşçısına çıxarkən, bütün bu suallara cavab verməli olacaq!

Rövşən NURƏDDİNOĞLU