FHN əcnəbi vətəndaşı xilas etdi

11 Avqust 2017 17:26 (UTC+04:00)

Bir nəfər əcnəbi vətəndaş dənizdə çimərkən batma təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Həmin şəxs Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.