Bu xanımlardan hansı "Bakı Gözəli-2017" gözəllik yarışmasının qalibi olacaq? AÇIQLAMA-FOTOLAR

11 Avqust 2017 10:24 (UTC+04:00)

"Şou Prodakşn" tərəfindən təşkil olunan "Bakı Gözəli-2017" gözəllik yarışmasının seçim turu baş tutub. SİA-ya açıqlama verən təşkilatçılar seçim turunda 60-dan artıq iştirakçı qeydiyyatdan keçdoiyini bildirib: " "Bakı Gözəli-2017" gözəllik yarışmasına 60-dan artıq xanım qatıldı. Yalnız 14 xanım iştirakçı münsiflərin və mütəxəssislərin qərarı ilə finala vəsiqə qazana bildi. Yarışmanın final gecəsi bu ay baş tutacaq və qaliblərə xüsusi hədiyələr, mükafatlar və diplomlar, tac, lent və s. təqdim olunacaq. Birinci yerin qalibinə layihənin təşkilatı dəstəkçisi olan “Marvel Tours” Turizm şirkəti tərəfindən Türkiyəyə istirahət kuponu təqdim olunacaq. Digər yerlərin sahiblərinə də müxtəlif növ hədiyyə və mükafatlar təqdim olunacaq".

Qeyd edək ki, "Bakı Gözəli-2017" gözəllik yarışmasının informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.