Misirli həkim xəstənin mədəsindən 39 mismar çıxarıb

11 Avqust 2017 08:04 (UTC+04:00)

Misirli həkim xəstənin mədəsindən 39 mismar, alışqan və dırnaqtutan çıxarıb. Trend-in məlumatına görə, 30 yaşlı pasient cərrah Abdurrəhman Mustafaya müraciət edərək mədəsində ağrıların olduğunu deyib.

Ultrasəs müayinəsi zamanı xəstənin mədəsində qəribə predmetlər aşkarlayan cərrah pasienti əməliyyat edib. 3 saat davam edən əməliyyat nəticəsində gəncin mədəsindən 39 mismar, alışqan və dırnaqtutan çıxıb. Xəstənin valideynləri onun belə əşyaları udduğunu və artıq bir neçə dəfə oxşar problemi yaşadığını deyiblər.