Məleykə Abbaszadə Ağdaşda vətəndaşları qəbul edəcək

10 Avqust 2017 18:47 (UTC+04:00)

Avqustun 18-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ağdaş rayonunda vətəndaşları qəbul edəcək. DİM-dən SİA-ya bildiriblər ki, qəbulda Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul saat 11.00-da Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə (ünvan: Göyçay ş., R. İsayev k., 43, əlaqə telefonu: (020) 274 66 74)) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qəbul üçün Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayonlarının Təhsil şöbələrində də avqustun 17-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.