Abituriyentlərin qeydiyyatı başladı

9 Avqust 2017 10:10 (UTC+04:00)

Avqustun 9-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb. Dövlət İmtahan Mərkəzindən (DİM) SİA-ya verilən məlumata görə, həmin abituriyentlər müvafiq sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Onlar tələb edilən sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər.

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 21-dək davam edəcək.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.