“Neftçi” yeni futbolçu transfer edib

28 İyul 2017 16:42 (UTC+04:00)

Bakının “Neftçi” futbol klubu xorvatiyalı müdafiəçi Mateo Mujek ilə müqavilə bağlayıb. SİA-nın məlumatına görə, 22 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.

Qeyd edək ki, M.Mujekin sonuncu klubu "Rudar” (Sloveniya) olub.