Rusiya FTX 7 nəfəri saxlayıb

28 İyul 2017 15:19 (UTC+04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqda, o cümlədən dəmiryolunda terror aktlarının hazırlanmasına görə Mərkəzi Asiya mənşəli 7 nəfəri saxlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərin hamısı Orta Asiya ölkələrinin vətəndaşlarıdır. Saxlanılanların şəxsiyyətləri açıqlanmasa da, müvafiq əməliyyat-istintaq işləri aparılır.

Qeyd edək ki, apreldə Sankt-Peterburq metrosunda baş verən terror nəticəsində 16 nəfər ölüb. Partlayış zamanı bir azərbaycanlı ölüb, digəri isə yaralanıb.