11 avtomobildən oğurluq etmiş şəxs tutulub

28 İyul 2017 13:10 (UTC+04:00)

Sumqayıtda 11 avtomobildən oğurluq etmiş şəxs tutulub. SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 11 avtomobildən pul, mobil telefon, maqnitofon, sənəd və geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rakim Babalıyev tutulub. Araşdırma aparılır.