"Beşiktaş" "Barselona"ın futbolçusunu transfer etmək istəyir

28 İyul 2017 10:02 (UTC+04:00)

Hücumçu axtarışında olan "Beşiktaş" gözünü "Barselona"ya dikib. SİA-nın məlumatına görə, İstanbul klubu Munir El Haddadini heyətinə qatmaq istəyir.

21 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Valensiya"da çıxış edib. Onun yeni mövsümdə "Barselona"da əsas heyət oyunçusuna çevirilməsi gözlənilmir. "Beşiktaş" bu şansdan yararlanaraq gənc futbolçunu icarəyə götürmək niyyətindədir.

Lionel Messi-Luis Suares-Neymar üçlüyünün gölgəsində qalacağını bilən Munir El Haddadi özü də daha bir mövsüm icarəyə getmək istəyir