Suriya ordusu Livan sərhədindəki bəzi bölgələri ələ keçirib

28 İyul 2017 04:18 (UTC+04:00)

Suriya ordusu və Hizbullah Livan sərhədində yerləşən Kalamun dağlarının şərq hissəsindəki bəzi bölgələri ələ keçirib. Axar.az xəbər verir ki, Suriya ordusu və müttəfiqlərinin həyata keçirdiyi sürətli əməliyyatlar nəticəsində Fəth əl-Şam qruplaşması (Əl Nusrə) geri çəkilmək məcburiyyətində qalıb.

Suriya ordusunun komandirlərindən biri açıqlamasında əməliyyatın 24 saat vaxt apardığını bildirib.