Rusiyanın BMT-dəki yeni daimi nümayəndəsi təyin olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident Vladimir Putin xarici işlər nazirinin müavini Vasili Nebenzyanın Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunması haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə V. Nebenzya Rusiya XİN başçısının müavini vəzifəsindən azad olunub.