Kamil: "10 oğlum olsa belə, bir qızıma qurban olsun" FOTO

27 İyul 2017 16:05 (UTC+04:00)

İdmançı Kamil Zeynallı qızı Sahilə ilə olan fotosunu "İnstagram" səhifəsində paylaşıb. SİA-nın məlumatına görə, Kamil övladının ünvanına xoş sözlər yazıb: "Həyatımda 10 oğlum olsa belə, bir qızıma qurban olsun. Allahıma qurban olum ki, mənə dünyanın ən gözəl hədiyyəsini verib. Yorğun, əsəbi olanda qızımın mənə bir kəlmə ata sözü hər çətinliyimi unutdurur. Bir kəlmə ata deməsi bəs edir".