Zaur Əliyev hazırda yanan xəstəxanadadır

27 İyul 2017 16:03 (UTC+04:00)

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın tam söndürülüb. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Məlumata görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan təxliyə olunub. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hazırda hadisə yerindədir.

Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.