Dünya ulduzu Azərbaycana gəlir

27 İyul 2017 11:42 (UTC+04:00)

Dünya ulduzu Patrisiya Kaas Bakıya gəlir. SİA-nın məlumatına görə, ifaçı paytaxtımızda solo konsert verəcək. Kaas oktyabrın 18-də Heydər Əliyev Sarayında səhnəyə çıxacaq.

Qeyd edək ki, bu, Patrisiyanın Bakıya ikinci səfəridir.