38 min ton quş əti istehsal edilib

27 İyul 2017 09:56 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 38,0 min ton (keçən il 30,4 min ton) quş əti və 382,0 milyon ədəd (keçən il 342,9 milyon ədəd) yumurta istehsal olunub.

Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 milyon 54,4 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 102 ədəd yumurta alınıb.