Allah türkü qorusun

23 İyul 2017 07:05 (UTC+04:00)

15 iyul 2016-cı ildə Türkiyədə Dövlət çevrilişinə cəhd edilsə də bu baş tutmadı. Həmin gün dünyanın gözü Türkiyədə idi. Bütün türk dünyası Allaha dua edirdi ki, Türkiyədə çevriliş baş tutmasın, qan tökülməsin. Rəcəb Tayyib Ərdoğanın bir çağırışı ilə insanlar küçələrə axışdılar, Türkiyəni və Ərdoğanı qorumaq üçün insanlar əliyalın tankların qabağına çıxdılar. Həmin gün mən də tanrıya dua edirdim ki, ay Allah Türkiyəni və Ərdoğanı qoru. Çünki bu gün dünyada müsəlmanlara qarşı bir səlib yürüşü başlanmışdır.

Müsəlmanlara arxa duran Ərdoğandır. İndiki zamanda təkcə Ərdoğan bütün kürsülərdən təkcə Türkiyəni deyil, bütün türk dünyasını da müdafiə edir və türk dünyasının haqq səsini dünya ictimaiyyətinə çatdırır.

Sovetlər dönəmində gizlicə Türkiyəni radioda bir-təhər tutub qulaq asırdıq. Çünki bizim də kökümüz türkdür.

Yaxşı yadımdadır, 1982-ci ildə Macarıstana Sovet turist qrupunun rəhbəri kimi getmişdim. Budapeşt şəhərində Bolqarıstanda yaşayan bir türklə tanış oldum və onu otağıma dəvət edib xeyli söhbət etdik.

Elə bil həmin adamı illərdir tanıyıram, həmin adam mənim dostum, doğmam, ən yaxınım idi. Söhbət etdikdən sonra ona xeyli hədiyyə verib yola saldım.

Bu gün Türkiyə inkişaf yolundadır. İri addımlarla irəliləyir. Ona görə də Türkiyəni qısqanırlar. Türkiyənin qüdrətli bir dövlət olmasından qorxurlar, çəkinirlər. Xainlər, xəbislər istəmirlər ki, Türkiyə güclü dövlət olsun.

Rəcəb Tayyib Ərdoğan düzgün yoldadır. 15 iyul 2016-cı il hadisələrindən sonra hər bir yaralı və şəhid ailəsi ilə danışması, onlara diqqət və qayğı göstərməsi, dəstəkləməsi, dərdlərini dinləməsi Ərdoğanın böyüklüyündən xəbər verir. Onun insanlara arxa durması, dayaq olması adamı riqqətə gətirir.

1992-ci ildə Ulu öndərimiz Heydər Əliyev Ali Sovetə sədr seçiləndə bütün Azərbaycan sevinirdi. Çünki onun ağlına, zəkasına, idrakına, uzaqgörənliyinə inanırdıq. Azərbaycanı xaosdan, parçalanmaqdan və bölgələrə bölünməkdən qurtardı. Ölkəni istər daxili və istərsə də xarici xain qüvvələrindən qorudu, əsrin müqaviləsini həyata keçirdi.

Bu gün onun sayəsidə Azərbaycan qüdrətli bir dövlətə çevrilməkdədir.

Ona görə də məndə ona olan inam və sevgi bu şeiri yazmağa sövq etdi.

Heydər Baba!

Əldən gedir rayon, şəhər

Vətəndən dilbər güşələr

Qara geyir bənövşələr

Qoyma qeysin, Heydər baba.

Elçi verib Tanrı səni

Qurtarasan qız, gəlini

Azərbaycan ölkəsini

Bu bəladan, Heydər baba.

Alçaq çoxmuş bu torpaqda

Gəlib yetişdin vaxtında

Bir ümud varmiş vaxtında

Vətənimin Heydər baba.

Al qan olub Vətən bağı

Gəlmisən, yandır çırağı

Ümidi sən, bir də tanrı

Bu ölkənin Heydər baba.

Vətənimdə vətənsizəm

Sanırdım ki, kimsəsizəm

Sevir səni bilməlisən

Sənin xalqın Heydər baba.

Qoy yar olsun Tanrı sənə

Azərbaycan ölkəsinə

Xalqımızın ölməsinə

İmkan vermə, Heydər baba.

Heydər Əliyev hakimiyyətə gələndən sonra hərəni öz yürində oturtdu. Ondan sonra quruculuq işlərinə başlandı və bu gün də quruculuq işləri müvəffəqiyyətlə davam etdirilir.

Bu gün Türkiyə dövlətinin başında Rəcəb Tayyib Ərdoğan kimi Vətəninə, xalqına, millətinə bağlı və sədaqətli bir şəxsiyyət durur. İstər daxildən istərsə də xaricdən müdaxilələrə layiqli cavab verir. Hal-hazırda Türkiyəninn başlıca problemi PPK-ya, terrora qarşı mübarizədir. Mən əminəm ki, çox keçməz Türkiyə başda Rəcəb Tayyib Ərdoğan olmaqla bu bəlanı da aradan qaldıracaq.

15 iyul 2016-cı il hadisəsində Türkiyə dövlətinin necə qüdrətli bir ölkə olması bütün dünyaya məlum oldu.

Həmin gün Türkiyəni Rəcəb Tayyib Ərdoğan böyük bir bəladan xilas etdi. Bu münasibətlə ona bir şeir ithaf etdim.

Rəcəb Tayyib Ərdoğan!

Gecə, gündüz oyaqdır

Millətinə dayaqdır

O xalqına maraqdır

Rəcəb Tayyib Ərdoğan!

Kəfən geyib gəlibdir

Millət ilə o birdir

Başdan ayağa sirdir

Rəcəb Tayyib Ərdoğan!

Qorxu nədir bilməz o

Haqq yolundan dönməz o

Bir günəşdir, sönməz o

Rəcəb Tayyib Ərdoğan!

Tanrı qorusun səni

Susdurasan düşməni

Yaşadasan dövləti

Rəcəb Tayyib Ərdoğan!

Millət, Vətən qanında

Qorxu yoxdur canında

Ölər xalqında yolunda

Rəcəb Tayyib Ərdoğan!

Günəş kimi parla sən

Coşub, daşıb gurla sən

Bürünəsən nurla sən

Rəcəb Tayyib Ərdoğan!

15 iyul 2016-cı il bütün Azərbaycan sizlərə dua edirdi, bu gündə dua edirik ki, Allah Türkləri qorusun, Amin.

Bütün Türk dünyası istəyir ki, Türkiyə inkişaf etsin, daha da qüdrətli bir dövlət olsun.

Tahir ƏLƏKBƏRLİ

Şair-publisist