Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ" klubunun Fan-şopu fəaliyyətə başlamağa hazırdır. SİA-nın məlumatına görə, bu gün müəyyən işlər tamamlandıqdan sonra satışlar başlayacaq. Rəsmi açılış sabah - bazar günü saat 14:00-da keçiriləcək.
Qeyd edək ki, "Qarabağ"ın Fan-şopu Park Bulvar AVM-in 2-ci mərtəbəsində fəaliyyət göstərəcək.