Zvonimir Mikuliç: "Bizi çətin iki oyun gözləyir" AÇIQLAMA

22 İyul 2017 12:15 (UTC+04:00)

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Moldovanın "Şerif" klubunun qapıçısı Zvonimir Mikuliç açıqlama verib. SİA-nın məlumatına görə, 27 yaşlı qolkiper çətin keçən "Kukesi" matçından sonra "Qarabağ"la oyuna köklənməli olduqlarını bildirib: "Hər iki qarşılaşma ağır keçdi. Mərhələni əzmkar komanda şəklində aladıq. Həm ölkə çempionatında, həm də Çempionlar Liqasında oyunlarımız var. Bu qrafik artıq bizim üçün adiləşib. Hər şeyi unutmalı və "Qarabağ"la oyuna köklənməliyik. Bizi çətin iki oyun gözləyir".

Qeyd edək ki, "Qarabağ"la "Şerif" arasında ilk oyun iyulun 25-də Bakıda, saat 21:00-da keçiriləcək.