Qəbələdə 5 otaqlı ev yanıb

22 İyul 2017 13:02 (UTC+04:00)

Səhər saatlarında Qəbələdə yanğın faktı qeydə alınıb. SİA-ya FHN-dən verilən məlumata görə, rayonun Məlikli kəndində vətəndaşa məxsus ümumi sahəsi 163 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 09:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​