35 yaşlı Sara Sanders Ağ Evin yeni mətbuat katibi oldu

22 İyul 2017 03:18 (UTC+04:00)

Ağ Evin yeni mətbuat katibi məlum olub. Bu barədə RİA informasiya agentliyi xəbər yayıb. Məlumata görə, bu vəzifəyə 35 yaşlı Sara Sanders təyin olunub. Qeyd edək ki, iyulun 21-də Şon Spayser Ağ evin mətbuat katibi postundan istefa verib.