Dənizdə batan iki nəfər xilas edilib

21 İyul 2017 23:06 (UTC+04:00)

Bakıda dənizdə batan 2 nəfər xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb. Əməliyyat saat 19:11-də başa çatıb.