“Atletiko”nun futbolçusu “Nyukasl”a keçib

21 İyul 2017 22:18 (UTC+04:00)

“Atletiko”nun futbolçusu Xavi Mankilo “Nyukasl”a keçib. İngiltərə klubunun rəsmi saytında yer alan xəbərə görə, 23 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, ispaniyalı futbolçu son mövsümü icarə əsasında “Sanderlend”də oynayıb.