98 terrorçu zərərsizləşdirilib

21 İyul 2017 13:57 (UTC+04:00)

Əfqanıstan təhlükəsizlik qüvvələri son sutka ərzində bütün ölkə üzrə keçirilən əməliyyatlar zamanı 98 terrorçunu zərərsizləşdirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son 24 saat ərzində Əfqanıstan təhlükəsizlik qüvvələri bəzi rayonların terrorçulardan və ölkədə sülh və sabitliyin əleyhdarlarından təmizləmək üzrə əks-terror əməliyyatları keçirib, 98 silahlı terrorçu öldürülüb, 36-sı yaralanıb.

Zərərsizləşdirilən terrorçular arasında “Taliban” və İŞİD terror təşkilatlarının üzvləri də var.