Bakıda maşın piyadanı vurub

21 İyul 2017 12:12 (UTC+04:00)

Bakıda maşın yoldan keçən şəxsi vuraraq öldürüb.

SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 20-də saat 19.00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Bəhman Səfiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Elman Musayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.