Depozit hərracı keçiriləcək

21 İyul 2017 10:47 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən SİA - ya verilən xəbərə görə, iyulun 24-də keçiriləcək hibrid depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01 - 14,99% təşkil edir.