Küveyt hökuməti İran səfirinə 48 gün vaxt verib

20 İyul 2017 23:19 (UTC+04:00)

Küveyt hökuməti İran səfirinə ölkəni tərk etmək üçün 48 gün vaxt verib. Trend-in məlumatına görə, Tehranı ölkədəki terror qruplarına dəstək verməkdə ittiham edən Küveyt 15 İran diplomatını ərazisindən çıxarıb. Eləcə də İranın bu ölkədəki mədəniyyət və hərbi attaşeliyinin, İranla hökumətlərarası komitələrin fəaliyyəti dayandırılıb.