Azərbaycanlı müğənni qəzaya düşdü

20 İyul 2017 16:02 (UTC+04:00)

Müğənni Nadir Qafarzadənin başına iş gəlib. SİA-nın məlumatına görə, sənətçi qəzaya düşüb. Bu barədə ifaçının özü məlumat verib: "Üzünüz daima gülsün. Bu gün nədənsə mənim üçün uğurlu olmadı. Buna baxmayaraq, həyat davam edir. Allahın yazdığı yazını pozmaq olmur. Maşında tək deyildim. Çox şükür ki, özümüzə heç nə olmadı".