Xatirə İslam yenidən əməliyyat etdirdi?

20 İyul 2017 15:10 (UTC+04:00)

Müğənni Xatirə İslamın yenidən əməliyyat olunduğu ilə bağlı söz-söhbətlər gəzir. SİA-nın məlumatına görə, ifaçı haqda bu cür şayiələrin gəzməsinə səbəb onun sosial şəbəkədə paylaşdığı fotolar olub. İzləyiciləri ona plastik əməliyyat etdirdiyini yazıblar.

X.İslam barəsində dolaşan söz-söhbətlərə son qoyub: "İnsanı dəyişən yalnız artıq çəkidir. Dostlar, inanın, Allaha and olsun ömrü boyu burundan başqa heç bir estetik əməliyyat etdirməmişəm. Sadəcə, 7 kiloqram arıqlamışam”.