Saatlıda zəlzələ olub

20 İyul 2017 11:42 (UTC+04:00)

Azərbaycanda zəlzələ baş verib. SİA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 10:22:34-də Saatlıdan 3 km cənub-qərbdə, Saatlı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.