İranlı komandan ABŞ-ı hədələdi: "Bazalarını ləğv etməlidir"

20 İyul 2017 02:05 (UTC+04:00)

"ABŞ İranın sərhədlərindən 1000 kilometr məsafəyə qədər ərazilərdə yerləşən bazalarını ləğv etməlidir." Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı mayor Məhəmməd Cəfəri deyib. O bildirib ki, Vaşinqtonun İrana qarşı sanksiyaları davam edəcəyi təqdirdə bu şərtə əməl edilməlidir:

"Ölkənin havada, suda və quruda raket gücü sürətlə artır və bu sövdələşmə, yaxud danışıqlar mövzusu ola bilməz". Qeyd edək ki, bundan əvvəl ABŞ İrana qarşı sanksiyaları genişləndirdiyini bildirmişdi.