Çində “WhatsApp”a giriş qadağan olundu

19 İyul 2017 14:50 (UTC+04:00)

Çində “WhatsApp”la bağlı qərar qəbul olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə artıq sosial şəbəkə qismən bloklanmağa başlayıb. Belə ki, istifadəçilər bir-birlərinə foto və video yollaya bilmirlər.

Məlumata görə, bloklama barədə göstərişi hökumət verib.

Qeyd edək ki, Çində “Google”, “Flickr”, “Dropbox”, “Facebook”, “Twitter”, “YouTube” və qismən “Vikipediya” da bloklanıb.