7 bal gücündə zəlzələ olub "sunami təhlükəsi” var

18 İyul 2017 10:43 (UTC+04:00)

Rusiyanın Kamçatka yarımadası yaxınlığında Berinq dənizində zəlzələ olub. SİA-nın xəbərinə görə, 7 bal gücündə olan zəlzələ Nikolskoye yaşayış məntəqəsindən 290 kilometr aralıda olub, episentri isə 30 kilometr dərinlikdə yerləşib.

Yerli qurumlar “sunami təhlükəsi” barədə xəbərdarlıq ediblər və insanlardan sahildən uzaq durmaları istənilib.