“Barselona”nın qapıçısı “Valyadolid”ə keçib

18 İyul 2017 00:04 (UTC+04:00)

“Barselona”nın qapıçısı Xordi Masip İspaniyanın digər klubu “Valyadolid”ə keçib. Klubun rəsmi saytında yer alan xəbərə görə, 28 yaşlı qapıçı Sequnda təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Qeyd edək ki, ispaniyalı qolkiper 2004-cü ildən Kataloniya klubunda çıxış edirdi.