UEFA "Beşiktaş"ın şikayətini rədd edib

17 İyul 2017 22:02 (UTC+04:00)

UEFA-nın Apelyasiya Komitəsi Türkiyənin “Beşiktaş” klubunun şikayətinə baxıb. “Fanatik” nəşrinin yazdığına görə, İstanbul təmsilçisi quruma Avropa Liqasının ötən mövsümündə “Lion”la 1/4 final oyunundan sonra cəzalandırılmasından narazılıq bildirib. Lakin Apelyasiya Komitəsi “Beşiktaş”ın şikayətini təmin etməyib.
Qeyd edək ki, aprelin 13-də keçirilən oyundan öncə azarkeşlərin meydana kənar əşyalar, o cümlədən fişənglər atmasına görə UEFA Türkiyə klubunu 100 min avro cərimələyib və “ağ-qaralar” 2 illik sınaq müddəti ilə avrokuboklardan 1 illik şərti kənarlaşdırıb.