"Avropa Birliyinin təhdidinə əhəmiyyət vermək lüzumsuzdur"

17 İyul 2017 20:16 (UTC+04:00)

"Avropa Birliyinin təhdidinə əhəmiyyət vermək belə lüzumsuzdur." Axar.az xəbər verir ki, bu sözləri ABC yazarı Əndər Halvaçıoğlu deyib. "Avropa Komissiyasının Prezidenti Jan Klod Yunkerin təhdidinə fikir vermirəm. Türkiyə xalqının da əhəmiyyət verəcəyini güman etmirəm. Hətta tam əksinə, bu cür çıxışlar vəziyyəti daha da qəlizləşdirir. Xaricdən gələn reaksiyalar heç vaxt xoş qarşılanmır, ölkəmizdə də etiraza səbəb olur. Bu səbəbdən dolayı boş təhdidlərə önəm vermək lazım deyil. Biz öz işimizə baxaq", - Halvaçıoğlu söyləyib.

Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan Klod Yunker açıqlamasında Türkiyənin edam cəzasını bərpa edəcəyi təqdirdə, AB-nin qapısının bu ölkəyə bağlı olacağını bildirib.