Qadınlar kişilərdən daha çox tənhalığa meyllidir...

18 İyul 2017 03:04 (UTC+04:00)

Araşdırmalar işi göstərib ki, qadınlar kişilərdən daha çox tənhalıq xəstəliyinə yoluxa bilər. Üç universitetin apardığı araşdırma işi göstərib ki, dostlarını itirməzdən öncə tənha adamlar öz kədərli hislərini ətrafındakılara ötürürlər. Bu isə, infeksiyalı xəstəlik kimi yoluxucu xüsusiyyətə malikdir.
Tənhalaşan adamlar sonunda mənsub olduqları sosial şəbəkələri tərk edirlər. Onlar getgedə təcrid olunmuş vəziyyətə düşürlər.
Araşdırma işinin müəllifləri deyirlər ki, bu işin əhəmiyyətli nəticələri ola bilər. Belə ki, tənhalıq zehni və fiziki xəstəliklərlə əlaqəlidir və bu, ömrün qısaldılmasına gətirə bilər. Araşdırma işi göstərib ki, qadınlar kişilərdən daha çox tənhalıq xəstəliyinə yoluxa bilərlər.