Nigeriyada 8 nəfər ölüb

17 İyul 2017 16:14 (UTC+04:00)

Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərinin məscidində baş verən terror aktın nəticəsində 8 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze qadın işə salıb.

Borno ştatının Fövqəladə Hallar Agentliyinin rəhbəri Əhməd Satominin məlumatına görə, partlayış nəticəsində daha 15 nəfər yaralanıb.