Pavel Paşayev karyerasını “Aleksandriya”da davam etdirəcək

17 İyul 2017 15:43 (UTC+04:00)

Milli komandamızın futbolçuu Pavel Paşayevin yeni komandasının adına aydınlıq gəlib. SİA-nın məlumatına görə, "Stal"la yollarını ayıran müdafiəçi karyerasını “Aleksandriya”da davam etdirəcək. Ukrayna Premyer Liqasında mübarizə aparan klubla sözləşmə imzlayan 29 yaşlı futbolçunun müqaviləsinin detalları barədə açıqlama verilməyib.

Qeyd edək ki, “Aleksandriya” Avropa Liqasının III təsnifat mərhələsində “Zirə” – “Astra” cütünün qalibi olə qarşılaşacaq.