Daxili orqanında narkotik vasitə aşkar olundu

17 İyul 2017 14:47 (UTC+04:00)

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı zərurət yarandığı üçün vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müəyinədən keçirilib. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.