“Qarabağ” bu gün oyunöncəsi son məşqinə çıxacaq

17 İyul 2017 14:51 (UTC+04:00)

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” sabah səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq. SİA-nın məlumatına görə, bu gün saat 19:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Tiflisdə media nümayəndələrinin suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, “Samtredia” - “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.